Professor Əjdər İsmayılov vəfat edib

Filologiya üzrə elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyasının qurucularından olan, Əjdər İsmayılov vəfat edib

Haqlı.az xəbər verir ki, bu barədə professorun oğlu Cavid İsmayıl məlumat yayıb.

 

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb.

1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.

O, 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur “91-lər”dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.

Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin