“300-ə yaxın erməni əsgəri Azərbaycanın nəzarətindəki ərazilərdə qalıb, çıxmağa çalışır…”

Qarabağda, Azərbaycanın nəzarətində olan ərazilərdə hərbi əməliyyatların başlamasından sonra 300-ə yaxın erməni əsgəri və ya könüllü dəstələri üzvləri qalır. Bu haqda ötən gün dekabrın 7-də Ermənistan parlamentində keçirilən dinləmələrdə Demokrat partiyasının sədri Aram Sərkisyan danışıb.

“Aleksandr Radov adlı adam bu günlərdə Qarabağa yollanıb və öz yaxınlarının vasitəsilə aydınlaşdırıb ki, təxminən 300ə yaxın gənc uşaqlar hazırda Azərbaycanın nəzarəti altında olan ərazilərdə, meşələrdə gizlənir. Onlar oradan çıxmağa çalışırlar, amma heç kim onlara kömək etmir. Çünki Ermənistanda hakimiyyət yoxdur, iş qabiliyyətini itirib”,-Sərkisyan belə deyib.

Bundan əvvəl müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zöhrabyan da Hadrut ətrafındakı meşələrdə bir qrup erməni əsgərinin gizləndiyini, mühasirədən çıxmaq üçün zəng vurub kömək istədiklərini bildirmişdi. Deputatın dediyinə görə, həmin əsgərlərin axtarışı üçün qrup yaradılıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin