SON DƏQİQƏ! Quldurların əlinə keçən 15 türk DƏNİZÇİDƏN XƏBƏR VAR

Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib.

KAİM.az xəbər verir ki, “Motsart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.

Xilasetmə əməliyyatının təfərrüatlı hələ ki açıqlanmır.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.

mənbə: “Anadolu Agentliyi”

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin