SON DƏQİQƏ! ABŞ hərbi gəmisi Qara dənizə DAXİL OLDU-Rusiya donanması HƏRƏKƏTƏ KEÇDİ

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus “Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi Qara dənizə daxil olub.
KAİM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Qara dəniz Donanması ABŞ gəmisinin hərəkətlərini izləyir.
Xatırladaq ki, Donald Kuk (DDG-75) hərbi gəmisinin əsas silahı 2500 kilometr uçuş qabiliyyətli, nüvə başlığı daşıya bilən qanadlı raketlərdir. Döyüş qabiliyyətindən və vəziyyətdən asılı olaraq gəmiyə 56 və ya 96 belə raket yerləşdirmək mümkündür.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin