Koronavirusun mutasiyaya uğramış forması TÜRKİYƏDƏ AŞKARLANDI

Böyük Britaniyada aşkarlanan COVID-19-un yeni ştammına Türkiyədə də rast gəlinib.

KAİM.az “Haber Global”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Twitter” hesabından paylaşım edən nazir bildirib ki, artıq ölkədə yeni mutasiyaya uğramış virusa 15 nəfər yoluxub.

Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.

Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin