İrandan KRİTİK HƏMLƏ: Donald Tramp və Mayk Pompeoya qarşı SUİ-QƏSD HAZIRLANIR?

İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşan, lakin namizədliyi hələ təsdiqlənməyən ölkə parlamentinin keçmiş sədr müavini Əli Müttəhiri maraqlı açıqlama ilə gündəmə gəlib.

Haqli.az xəbər verir ki, “Təsnim” agentliyinin yaydığı məlumata görə, o, ABŞ tərəfindən təşkil edilmiş sui-qəsd nəticəsində həlak olan general Qasım Süleymaninin intiqamının alınması barədə danışıb.

Ə.Müttəhiri bildirib ki, sui-qəsd təlimatını verən ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo öldürülməlidir.

“Belə vəziyyətdə qısas alınmalıdır. Bu qisasın İran dövləti tərəfindən alınmasının gərəkdiyini demirəm. İranlı olmayan, məsələn amerikalı bir şəxs tərəfindən sui-qəsdin reallaşdırılması mümkündür”, – deyə Məclis sədrinin keçmiş müavini qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin