Danimarkada quş qripinə görə HƏYƏCAN TƏBİLİ – 9 min toyuq TƏLƏF EDİLİR

Danimarkada yerləşən Lövel kəndindəki fermada quş qripinə rast gəlindi.

KAİM.az xəbər verir ki, fermadakı 9 min quş əti məhv ediləcək. Danimarkanın Qida və Nəzarət İdarəsinin saytında edilən açıqlamaya görə, H5N8 virusu, ilin ilk günü Dövlət Serum İnstitutu tərəfindən edilən nəzarət zamanı sözügedən təsərrüfatın quşlarında aşkar edilib.

Təsərrüfatdakı təxminən 9 min quşun virusun yayılmasının qarşısını almaq üçün öldürüləcəyini deyən Qida və Nəzarət İdarəsi quşçuluq təsərrüfatlarında vəhşi quşlara qarşı tədbir alınmasını tələb edib.

Qeyd edək ki, son aylarda Danimarkada baş qaldıran quş qripi səbəbiylə Yaponiya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur da daxil olmaqla bəzi ölkələr bu ölkədən yumurta və quş idxalını müvəqqəti dayandırıb.

Kənan

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin