ABŞ hərbi gəmisi Qara dənizdə… – Rusiyaya qarşı təhlükəli HƏMLƏ

ABŞ Sahil Mühafizəsinin “Hamilton” tipli patrul gəmisi Qara dənizdə üzməyə başlayıb.

KAİM.az xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Donanması məlumat yayıb.

ABŞ gəmisinin NATO-dakı və regiondakı müttəfiqləri ilə birlikdə tapşırıqları yerinə yetirəcəyi bildirilib.

“Birgə əməliyyatlar dənizlərdəki təhlükəsizliyimizi gücləndirir”, – açıqlamada qeyd olunub.

Bundan əvvəl ABŞ-ın “Donald Cook” və “Ruzvelt” esminetslərini Qara dənizə göndərmə planları barədə məlumat yayılıb. İddiaya görə, Ağ Ev Ukraynanı bu şəkildə dəstəkləmək istəyib. Pentaqon bu məlumatı təsdiqləməsə də, Türkiyə iki hərbi gəminin Qara dənizə keçməsi barədə bildiriş aldığını açıqlayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Co Baydenin telefon danışığından sonra hərbi gəmilər hərəkət istiqamətini dəyişdirib. Pentaqon ABŞ hərbi gəmilərinin İstanbul boğazlarından Qara dənizə keçidinin ləğv edilməsini Rusiya-Ukrayna münasibətlərini daha da pisləşdirmək istəməməsi ilə izah edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin