ABŞ Rusiyaya verilən PUA-lara görə İrana sanksiya tətbiq edəcək

İran Rusiyaya pilotsuz uçan aparatları təhvil verərsə, ABŞ və müttəfiqləri tərəfindən sanksiyalarla üzləşəcək.

Haqlı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Rusiyanın pilotsuz texnologiya ilə təmin olunması ilə bağlı narahatlığımızı artıq bildirmişik. Vəziyyəti izləməyə davam edirik. Bütün sanksiyalarımız qüvvədə qalır. Bu tipli hər hansı bir əməliyyat bizim və bir çox müttəfiqlərin sanksiyaları ilə nəticələnəcək”,- deyə Prays bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden administrasiyası bildirib ki, İran Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən aparat verməyi planlaşdırır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin