Yair Lapid iyulun 1-i cümə günü gecə yarısı rəsmi olaraq İsrailin 14-cü baş naziri olub.
Haqlı.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb.
“Yaxşı, güclü və firavan yəhudi demokratik dövləti üçün əlimizdən gələni edəcəyik, çünki bu, bizim işimizdir və hamımızdan daha vacibdir”, – Lapid Baş nazir Naftali Bennettin vəzifəsini təhvil vermə mərasimində deyib.
Qəzet yazır ki, Lapidin ölkəyə rəhbərlik etdiyi müddət kifayət qədər qısa ola bilər, çünki o, noyabrın 1-də keçiriləcək yeni seçkilər ərəfəsində müvəqqəti hökumətə rəhbərlik edir.