İspaniya XİN: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”

“Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir”.

Haqlı.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “ “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına(NATO) daxil olması heç vaxt danışıqlar masasında müzakirə olunmayıb, indi də müzakirə olunmur.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO sammitində yalnız videokonfrans formatında iştirak edəcəyini təsdiqləyib:

“Əgər o, gəlməyə qərar versəydi, təbii ki, biz də onu qucaqlayıb qarşılayardıq. Amma o, artıq videokonfrans formatında sammitdə iştirak edəcəyini bildirib”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin