Britaniya İsveç və Finlandiya ilə təhlükəsizlik təminatı sazişi imzalayır

Böyük Britaniya İsveç və Finlandiya ilə təhlükəsizlik təminatı bəyannaməsi imzalayır.

Haqlı.az “Guardian”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson İsveçə səfəri çərçivəsində Baş nazir Maqdalena Anderssonla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynadakı müharibə hamımızı çətin qərarlar qəbul etməyə məcbur edir, lakin suveren xalqlar təsir və ya qisas hücumu təhlükəsi qorxusu olmadan bu qərarları qəbul etməkdə azad olmalıdır. Bu saziş ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, daha çox kəşfiyyat məlumatı paylaşmaq, hərbi təlimlərimizi və texnologiyanın inkişafı ilə bağlı birgə səylərimizi daha da gücləndirəcək. Ən əsası, bu, həm İsveçin, həm də Böyük Britaniyanın qiymətləndirdiyi və müdafiə etməkdən çəkinməyəcəyimiz dəyərləri özündə əks etdirən bir razılaşmadır”, – Boris Conson vurğulayıb.

İsveçə hücum edilərsə, Britaniya nə edəcək sualına Baş nazir Conson: belə cavab verib: “Liberal demokratiyalar aşkar təhlükə ilə üzləşdikdə, hər iki ölkə fəlakət və ya hərbi hücuma məruz qalarsa, bir-birini dəstəkləyəcək.

Qarşı tərəfin istəyi ilə onların köməyinə gələcəyik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin