Türkiyə və Qazaxıstan “ANKA” dronlarını birgə istehsal edəcək

Türkiyənin TUSAS aerokosmik şirkəti ilə “Kazakhstan Engineering” şirkəti “ANKA” PUA-sının Qazaxıstan ərazisində birgə istehsalı barədə razılaşıb.

Haqlı.az CNN Türkə istinadən xəbər verir ki, tərəflər bununla bağlı niyyət protokolu imzalayıb.

Birgə istehsalla yanaşı, pilotsuz aparatların birgə yığılması və istehsal texnologiyalarının Qazaxıstana verilməsi də nəzərdə tutulub.

Qazaxıstan Türkiyədən kənarda “ANKA” kəşfiyyat-zərbə dronlarını istehsal edəcək ilk ölkə olacaq.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin