BMT İnsan Hüquqları Şurasında Rusiyanı Çexiya əvəzləyəcək

BMT Baş Assambleyası Çexiyanın İnsan Hüquqları Şurasına daxil edilməsinə səs verib.

Haqlı.az bu barədə TASS-a istinadən xəbər verir.

Aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. 93 ölkə qətnamənin lehinə, 24 ölkə isə sənədin əleyhinə səs verib. 58 ölkə bitərəf qalıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzminin daha sonra bildirib ki, Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyünə vaxtından əvvəl xitam vermək qərarına gəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin