Rusiyalılar “Avroviziya” iştirakçılarına səs verə bilməyəcək

Rusiyalılar mayın 10-da Turində başlayacaq “Avroviziya” mahnı müsabiqəsinin iştirakçılarına səs verə bilməyəcək.

Haqlı.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat verib.

“Müsabiqə zamanı səsvermə yalnız orada iştirak edən ölkələrdən mümkün olacaq. Tədbirdə iştirak etməyən Rusiya öz ərazisindən səs verə bilməz”, – məlumatda deyilir.

Qeyd edək ki, fevral ayında Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlamışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin