Avropada elektrik qiymətləri bahalaşıb – STATİSTİKA

Avropada yanvar ayı ilə müqayisədə elektrik enerjisi bahalaşıb.

Haqlı.az-ın xəbərinə görə, qiymət artımı ölkələrə görə fərqli olub. Ən ciddi artım 103%-lə Bolqarıstanda qeydə alınıb. Növbəti yerləri Yunanıstan (+96%) və Estoniya (+83%) bölüşür.

Bəzi ölkələrdə isə azalma müşahidə olunub: Slovakiya (-12%), Çexiya (-5%) və Portuqaliya (-1%).

Tariflərə gəlincə, ən ucuz elektrik Lüksemburqdadır: 100 kVt/saat üçün 19,89 avro. Hersoqluqda il başlayandan qiymət demək olar dəyişməyib. Avropa üçün elektrikin orta qiyməti 100 kVt/saat üçün 23,69 avro təşkil edir.

Qitədə ən baha enerji Danimarkadadır – 100 kVt/saat üçün 34,48 avro. Növbəti yerlərdə Almaniya (32,34), Belçika (29,94) və Fransa (20,22) gəlir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin