“Qazprom”un Polşa və Bolqarıstana qaz verilişini dayandırması müqavilələrin pozulmasıdır.
Haqlı.az-ın xəbərinə görə, bunu Avropanın enerji komissarı Kadri Simson Aİ-nin enerji nazirlərinin fövqəladə toplantısından sonra deyib.
“Qazprom” rublla ödənişdən imtina etdiyi üçün Polşa və Bolqarıstanın qaz təchizatını dayandırıb. Bu, müqavilələrinin əsaslandırılmamış pozulmasıdır” – deyə Simson vurğulayıb.