“The Times”: Rusiya Moldovaya hücum etmək qərarına gəlib

Rusiya Moldovaya hücum etmək qərarına gəlib.

Haqlı.az xəbər verir ki, bu barədə “The Times” nəşri Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Kreml artıq hücum üçün aydın planlar hazırlayıb.

Nəşrin məlumatına görə, əgər bu həqiqətən də baş verərsə, o zaman Kreml Donbassla bağlı ssenarini təkrarlaya bilər.

“Biz Kremlin artıq Moldovaya hücum etmək qərarına gəldiyinə inanırıq. Moldovanın taleyi çox vacibdir. Əgər ruslar nəzarəti ələ almağa başlasa, biz hərbi baxımdan asan hədəfə çevriləcəyik və Ukrayna üçün təhlükə mövcud olacaq. Əgər Rusiya Dnestryanı bölgəsinin müstəqilliyini tanıyarsa, bu, Moldovanın ərazi bütövlüyünün pozulması olacaq. Bu, “Donbas ssenarisi”nin təkrarı olacaq”, – deyə mənbə bildirir.

Kəşfiyyat məlumatlarına əsasən bildirilir ki, artıq Kremlin hücum planlarına işarə edən bir sıra göstəricilər var.

Nəşr onu da bildirir ki, Rusiya Federasiyası Moldovanı ələ keçirsə, o zaman onlar Odessaya doğru gedərək qərb tərəfdən Ukrayna ərazisinə girməyə cəhd edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin