Zelenski: “350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”

“Artıq 350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”.

Haqlı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 67-ci gününün yekunları ilə bağlı xalqa videomüraciətində deyib.

“Humanitar dəhlizlərin təşkili davam edən danışıqlar prosesinin elementlərindən biridir. Bu, çox mürəkkəbdir. Amma nə qədər çətin olsa da, 350 mindən çox insan döyüş bölgələrindən xilas edilib”, – Zelenski bildirib.

Bundan əvvəl Zelenski Mariupolda “Azovstal” zavodundan 100-ə yaxın mülki şəxsin Ukraynanın nəzarətində olan əraziyə təxliyə edildiyini bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin