Danimarka hava məkanını pozduğuna görə Rusiya səfirini çağırıb

Danimarka hava məkanını pozduğuna görə Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Haqlı.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Jeppe Kofoda bildirib.

“Rusiya səfiri sabah Xarici İşlər Nazirliyinə çağırılır. Rusiya tərəfindən Danimarka hava məkanının növbəti dəfə pozulması tamamilə qəbuledilməzdir və indiki vəziyyətdə xüsusi narahatlığa səbəb olur”, – XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, aprelin 30-da Rusiyanın “An-30” müşahidə və aerofotoqrafik təyyarəsi Danimarkanın Baltikyanı adalarından olan Bornholmdan şərqdə hava məkanını pozub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin