İrəvanın mərkəzində Müqavimət Hərəkatının böyük mitinqi başlayıb

Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.

Haqlı.az news.am-a istinadən bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.

Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin