Berlin Aİ-nin Rusiyadan neft idxalına embarqo qoymaq planlarını dəstəkləyib

Almaniya hökuməti Avropa İttifaqının (Aİ) Rusiya neftinin idxalına embarqo tətbiq etmək planlarını dəstəkləyir.

Haqlı.az bildirir ki, bu barədə DPA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, son danışıqlar zamanı altıncı sanksiyalar paketi üzrə Berlin embarqonun tətbiqinin tərəfdarı olduğunu “aydın şəkildə dilə gətirib”.

Bundan sonra Aİ-nin neft embarqosunun tətbiqi ehtimalı daha da artıb, agentlik qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin