Yaponiya milli müdafiə proqramını məxfiləşdirir

Yaponiya hökuməti milli müdafiə proqramının rəhbər prinsiplərini məxfiləşdirmək istəyir.

Haqlı.az-ın xəbərinə görə, bu barədə Kyodo agentliyi hökumətdəki mənbəyə istinadla məlumat verib.

Qeyd olunur ki, bu addımı atmağa səbəb beynəlxalq arenada gərginliyin artmasıdır. Tokion Koreya yarımadasındakı vəziyyətdən, xüsusən də KXDR-in raket sınaqlarından ehtiyat edir.

Yaponiya hökuməti il ərzində təhükəsizliklə bağlı bir neçə iclas keçirməyi planlaşdırır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin