Almaniya parlamenti Ukraynaya ağır silah verilməsi haqqında qətnamə qəbul edib

Almaniya parlamenti hökumətin Ukraynaya əhatəli dəstək verməsi ilə bağlı qətnamə qəbul edib.

Haqlı.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, qətnamədə Almaniyanın Ukraynaya ağır silah verməsi də öz əksini tapıb.

Vurğulanıb ki, məsələ 70 dəqiqə müzakirə olunub. Parlamentin iclasında iştirak edən 693 deputatdan 586-sı qətnamə layihəsinin lehinə, 100-ü əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb. Parlamentin 736 üzvü var.

Qeyd edək ki, Almaniya hökuməti Rusiyaya ağır silah vermək istəmir. Kansler Olaf Şolts “Şpigel”ə müsahibəsində məsələ ilə bağlı deyib: “Almaniya Rusiyanın NATO-ya təcavüz təhlükəsinə görə Ukraynaya ağır silah verə bilmir”.

Ötən gün isə Almaniya Ukraynaya özüyeriyən “Gepard” zenit raket qurğusu göndərilməsinə dair qərar qəbul edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin