İran və Çin hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Rəsmi Tehran və Pekin hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Haqlı.az ILNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlardan sonra bildirib.

“Bugünkü (dünənki-red) görüşdə biz iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər, təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik”, – Baqeri deyib.

Onun fikrincə, qarşılıqlı fəaliyyətin vəzifəsi hər iki ölkənin təhlükəsizliyini daha yaxşı təmin etməkdir.

Qeyd edək ki, Çinin müdafiə naziri aprelin 27-də Tehrana rəsmi səfər edib. O, İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin