Aİ Rusiyaya qarşı neft embarqosu hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq bu ölkəyə qarşı neft embarqosu tətbiq etməyi ciddi şəkildə düşünür.

Haqlı.az  “Financial Post”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Senatda çıxışı zamanı deyib.

“Aİ-nin özü Rusiyaya qarşı fəal şəkildə sanksiyaların tətbiqini davam etdirir. Düşünürəm ki, növbəti addım Rusiyaya neft embarqosudur. Onlar bunun üzərində işləyirlər. Biz onların bunu necə etdiyini diqqətlə izləyirik”, – Blinken Senatdakı dinləmələrdə deyib.

Yüksək vəzifəli diplomat əlavə edib ki, Birləşmiş Ştatlar da öz növbəsində Rusiya iqtisadiyyatının bir sıra yeni sektorlarına sanksiya təzyiqini diqqət mərkəzində saxlamağa davam edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin