Avropa Komissiyası Polşa və Bolqarıstanın qazı haradan aldığını açıqlayıb

Polşa və Bolqarıstan Avropa İttifaqı üzrə qonşularından qaz alırlar.

Haqlı.az-ın Rusiya Mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın “Qazprom” şirkəti tədarük haqqını rublla ödəmədiklərinə görə, Bolqarıstan və Polşaya qaz ixracını tamamilə dayandırdığını bəyan edib. Öz növbəsində AK rəhbəri bildirib ki, belə bir qərar Moskvanın Avropanı qazla şantaj etmək cəhdidir. Onun sözlərinə görə, Aİ belə bir ssenariyə hazır idi və artıq cavab tədbirləri hazırlayır.Polşanın “Gaz-System” təbii qaz nəqli sisteminin operatorunun məlumatına görə, Rusiya Federasiyasından tədarükün dayandırılmasına baxmayaraq, Polşanın anbarlarına qazın vurulması davam edir.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin