Ukrayna MN: Rusiyanın raket ehtiyatının yarıdan çoxu azalıb

Rusiya müharibə başlayandan Ukraynaya 1300 raket zərbəsi endirib.

Haqlı.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, Rusiya Federasiyasının artıq raket ehtiyatlarının ən az yarısını Ukraynada istifadə etdiyini qeyd edib.

“Bizdə olan məlumata görə, fevralın 24-dən sonrakı müddətdə Ukrayna ərazisində aktiv şəkildə istifadə edildiyindən onların (raket) ehtiyatlarının yarıdan çoxu azalıb”, – deyə A. Malyar bildirib.

A.Malyar əlavə edib ki, bunlar hava, dəniz və qurudan buraxılmış raketlərdir. O vurğulayıb ki, Rusiyada bu raketlərin istehesalı davam etdirilir, lakin sanksiyalarla əlaqədar raketlərin istehsalında istifadə edilən bəzi komponentlərin idxalı çətinləşib və bu istehsalı mürəkkəbləşdirir.

A. Malyar Rusiyanın əvvəlcədən satın aldığı komponentləri bir müddət istifadə edə biləcəyini, lakin bunun bir neçə ay üçün kifayət edəcəyini deyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin