Pentaqon rəhbəri: “Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”

“Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”.

Haqlı.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Almaniyanın Ramşteyn aviabazasında keçirilən iclasında deyib.

“Tərəflər Ukraynanı müdafiə etməlidirlər. Biz Ukraynanın qalib gələcəyinə inanırıq”, – Pentaqon rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millinin sözlərinə görə, toplantının əsas məqsədi Kiyevə hərbi yardımın koordinasiyasıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin