S&P agentliyi: “Rusiya iqtisadiyyatının bərpasına 10 il vaxt tələb olunacaq”

“Bu il Rusiyanın ÜDM-i 11,1% düşəcək. Sanksiyalar fonunda iqtisadiyyatın ötənilki səviyyəyə çatması üçün 10 il vaxt tələb olunacaq”.

Haqlı.az RBK-ya istinadən xəbər verir ki, bu barədə “S&P Global Market Intelligence” hesabatında deyilir.

S&P-nin məlumatına görə, 2023-cü ildə Rusiya ÜDM-in azalmasını 1,9%-dək ləngidə bilər. ÜDM 2024-cü ildə 1,6%, 2026-cı il üçün isə 1,9% artacaq.

Bu il 17,8%-ə çatacaq inflyasiya, 2023-cü ildə 10%, 2024-cü ildə 7,5%, 2026-cı il üçün isə 4,6%-dək azalacaq.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu ilin yekunlarına görə, Rusiyanın ÜDM-i 8,5%, 2023-cü ildə isə 2,3% azalacaq. BVF-nin qiymətləndirməsinə görə, bu il Rusiyada inflyasiya 21,3%, növbəti il isə 14,3% təşkil edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin