Vaşinqtondakı Türkiyə səfirliyinin iqamətgahı önündə aksiya keçirildi

Vaşinqtondakı Türkiyə səfirliyinin iqamətgahı qarşısında aksiya keçirilib.

Haqlı.az xəbər verir ki, hər il olduğu kimi bu il də qondarma “soyqırımı”nın ildönümündə ABŞ erməniləri Vaşinqtonda yerləşən Türkiyə səfirliyinin iqamətgahı qarşısında aksiya təşkil ediblər.

ABŞ-da yaşayan Azərbaycan və türk icmasının aktivləri də eyni məkanda ermənilərə qarşı aksiya keçirib.

Aksiyada türk və Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Türkiyə, Azərbaycan və ABŞ bayraqları ilə diplomatik missiyanın qarşısına gələn mitinq iştirakçıları ABŞ ictimayyətinin diqqətini erməni yalanlarına çəkməyə çalışıb, “Erməni yalanlarına son qoyulsun”, “Terrorçuluğa son qoyulsun”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun”, “Qarabağ”, “Bayraktar” şüarlarını səsləndirib.

Aksiyada Xocalı qətliamının qurbanlarının və 1970-ci illərdə ASALA tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib.

Çıxışlarda ermənilərin iddia etdiyi soyqırımının yalan olduğu vurğulanıb.

Aksiya yerində ermənilər təxribat törətməyə çalışsalar da, onların niyyəti baş tutmayıb. Polisin nəzarəti ilə müşayiət olunan aksiya insidentsiz sona çatıb.

Qondarma “soyqırımı”nın ildönümü Nyu-Yorkun “Times” meydanında da qeyd olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin