Bu günə qədər Ukraynada 177 uşaq müharibənin qurbanı olub – RƏSMİ

Rusiya ordusunun Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi nəticəsində 177 uşaq ölüb.

Haqlı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyatlar başlayandan indiyədək 336-dan çox uşaq xəsarət alıb.

“Bu rəqəmlər yekun məlumatı əks etdirmir, belə ki, aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və işğaldan azad edilmiş ərazilər üzrə məlumatlar tam dəqiqləşdiriliməyib”, – Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunur.

Ən çox qurbanlar Donetsk, Kiyev və Xarkov vilayətlərindədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin