İran 3 Avropa ölkəsi ilə texniki məsələlərdə razılıq əldə edib

“İran öz qırmızı xətlərinin üzərində durub və duracaq”.

Haqlı.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmirabdullahiyan bu gün Tehranda digər ölkələrlə iqtisadi əlaqələr üzrə koordinasiya qərargahının iclasında çıxışı zamanı Vyanadakı müzakirələrin yenidən bərpası ilə bağlı açıqlama verərkən deyib.

H.Əmirabdullahiyan deyib ki, İran və 3 Avropa ölkəsi texniki məsələlərdə razılıq əldə edib: “ABŞ tərəfinə açıq şəkildə demişik ki, müzakirələrin qarşısına daş atmasınlar. Danışıqlar yolu hələdə açıqdır. 3 Avropa ölkəsi, Çin və Rusiya ABŞ-ın artıq tamahını tənqid edirlər. İran saziş əldə etmək üçün hələ də danışıqlar yolunu davam etdirəcək.” İran və ABŞ arasında bir başa danışıqlarda heç bir fayda görmürük deyən H.Əmirabdullahiyan bildirib ki, dəfələrlə onlar müzakirə etmək üçün təkid ediblər ki, əgər xoş niyyətlisinizsə bir neçə addım atın və bunu əməldə göstərin:

“ABŞ tərəfi ötən bir neçə həftə ərzində artıq tamahlıq edib və Hərtərəfli Bİrgə Fəaliyyət Planına zidd olan bəzi istəklər irəli sürüb. Onlar sanksiyaların ləğvi sahəsində müzakirələrdən kənar bəzi yeni şərtlər irəli sürmək istəyir.”

Rusiya səfərindən danışan H.Əmirabdullahiyan qeyd edib ki, Rusiya tərəfi ilə razılaşdıq ki, əgər Vyana müzakirələrində razılıq əldə olunarsa onlar maneə yaratmasın.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin