ABŞ Bolqarıstana “F-16” təyyarələrinin satışına razılıq verib

ABŞ hökuməti NATO üzvü olan Bolqarıstana “F-16” qırıcı təyyarələrinin satışına razılıq verib.

Haqlı.az-ın “Figaro”ya istinadla xəbərinə görə, məqsəd Bolqarıstanın təhlükəsizliyini gücləndirməkdir.

Dövlət Departamenti də Bolqarıstana 1,67 milyard dollar həcmində qırıcı və hərbi ləvazimat satışı üçün müraciət etdiyini bildirib. Bununla belə, yeni təyyarələrin verilməsindən sonra Bolqarıstandakı sovet modeli qırıcıların Ukraynaya verilib-verilməməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Avropa ölkələrinin arsenalındakı sovet hərbi təyyarələrinin Ukraynaya verilməsinə çağırış etmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin