Blinken: “Soyuq müharibəni əvəz edən dövr başa çatıb”

ABŞ dövlət katibi Entoni Blinken beynəlxalq münasibətlərdə yeni dövrün başladığını açıqlayıb.

Haqlı.az xarici mətbuata xəbər verir ki, o, bunu Dövlət Departamentində 61-ci dövlət katibi Ceyms Beykerin (1989-1992) büstünün qoyulması mərasimində deyib.

“Soyuq müharibədən sonrakı dövr bitib. Biz bir daha özümüzü tarixin burulğanında tapırıq. Daha iddialı Çin amerikalıların dünya nizamına meydan oxuyur”, – Blinken qeyd edib.

Mərasimdə iştirak edən Beyker dünyada baş verənlərdən bəhs edərkən Ukraynada “müharibə küləklərinin güclü əsdiyini” vurğulayıb. O, Qərb ölkələrinin Rusiya və Ukrayna ilə münasibətlərdə əsas vəzifəsini zorakılığın yayılmaması olduğunu əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin