AYİB Rusiya və Belarusla əməkdaşlığın dayandırılmasını təsdiqləyib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarəçilər Şurası Rusiya və Belarusa maliyyə əməkdaşlığının və texniki yardımın dayandırılmasını təsdiqləyib.

“Rusiya Federasiyası və Belarusun bankın resurslarına çıxışı dərhal dayandırılmalıdır. Bu o deməkdir ki, hər iki ölkədə texniki əməkdaşlıq layihələri və ya fəaliyyətləri üçün yeni maliyyə vəsaiti ola bilməz”, – deyə AYİB-in İdarəçilər Şurasının qərarı ilə bağlı bəyanatında deyilir.

Bundan əlavə, bildirilir ki, bank mövcud layihələr üzrə gələcək ödənişləri dayandırmaq və ya ləğv etmək üçün bütün hüquqlardan istifadə edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin