Blinken Rusiyanın iflasa uğrayan üç məqsədini açıqladı

“Rusiya Ukraynaya hücum zamanı qarşısına qoyduğu məqsədləri tamamilə iflasa uğratdı, strateji uğursuzluğa və mümkün məğlubiyyətə düçar oldu”.

Haqlı.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini təkzib etmək, Rusiya hakimiyyətini bərqərar etmək, həmçinin Qərbi, alyansı bölmək. Bütün cəbhələr üzrə bu planlar iflasa uğradı”, – deyə E.Blinken bildirib.

Onun sözlərinə görə, Ukrayna indi daha da birləşib.

“Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putin səhnədə olduğundan daha uzun müddət orada olacaq”, – deyə ABŞ Dövlət katibi deyib.

O əlavə edib ki, Rusiyanın qüdrəti xeyli azalıb və ordusu xeyli geri qalıb.

“Onların iqtisadiyyatı ləngər vurmağa başlayıb. Təbii ki, NATO və Qərb də heç vaxt olmadığı qədər birlik halındadır. Ona görə də təkcə bu əsasda biz artıq Rusiya üçün dramatik uğursuzluğun şahidi oluruq”, – Blinken bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin