Livanın rəsmən müflis ölkə olduğu elan edilib

Livan Baş nazirinin müavini Saad Əl-Şami dövlətin və ölkənin mərkəzi bankın müflis olduğunu elan edib.

“Bu, artıq baş verib. Biz itkinin maliyyə institutları arasında necə bölüşdürməyi və vətəndaşlara dəyən zərəri necə azaltmağın yolları haqqında düşünməliyik”, – deyə Livanın dövlət rəsmisi vurğulayıb.

Haqlı.az xəbər verir ki, Livan 2019-cu ildən bəri uzun sürən iqtisadi böhran içərisindədir.

Livan valyutası dəyərinin 90%-dən çoxunu itirib, əhalinin 80%-i yoxsulluq həddinin altındadır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin