Vuçiç Serbiyada prezident seçkilərində qalib olduğunu açıqlayıb

Serbiyada keçirilən prezident seçkilərində ilkin nəticələr məlum olub.

Haqlı.az xəbər verir ki, seçki komissiyasının ilk məlumatına görə, seçkilərdə Aleksandr Vuçiç 71,98% səslə liderdir.

Onun ən yaxın rəqibi Zdravko Ponoş 8,81 faiz, qalan namizədlər isə beş faizdən az səs toplayıb.

Prezident seçkilərində ümumilikdə 8 namizəd mübarizə aparırdı.

Həmçinin 12 bələdiyyə və Belqrad da daxil olmaqla iki şəhərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Seçkilərdə 6 milyon 501 min 689 nəfərin səsvermə hüququ var.

Ümumilikdə ölkədə səkkiz mindən çox seçki məntəqəsi və dünyanın 34 ölkəsində 77 səsvermə yeri fəaliyyət göstərib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin