Stoltenberq: “NATO ölkələri on minlərlə ukraynalı əsgərə təlim keçib”

“Yadda saxlamalıyıq ki, NATO müttəfiqləri, həm ABŞ, həm Böyük Britaniya, həm də Kanada və digər ölkələr illərdir Ukrayna ordusuna təlim keçir. Hazırda cəbhə xəttində olan on minlərlə ukraynalı bir neçə ildir ki, NATO müttəfiqləri tərəfindən təlim keçib”.

Haqlı.az xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

O, həmçinin əlavə edib ki, Ukrayna silahlı qüvvələri keçmişlə müqayisədə kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə artıb:

“Ukrayna silahlı qüvvələri indi əvvəlkindən daha böyükdür, daha yaxşı təchiz olunmuşdur, daha yaxşı təlim keçmişdir və daha yaxşı idarə olunur və bu, əsasən, illər ərzində göstərilən dəstəyə bağlıdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin