Taliban hərəkatı ölkədə tiryək xaşxaşının becərilməsinə qadağa qoydu

Amerikalıları Əfqanıstandan qovub hakimiyyətə gələn “Taliban” radikal hərəkatı bütün ölkədə tiryək əkilməsini qadağan edib. Bu barədə əmri hərəkatın ali lideri Heybətulla Axundzadə imzalayıb.

Haqlı.az xəbər verir ki, Əfqanıstan tarixi boyu davamlı olaraq böyük miqdarda narkotik istehsal edib. Ölkədə yeni hakimiyyətə gələn Taliban bütün Əfqanıstanda təkcə tiryək xaşxaşının becərilməsini deyil, həm də istənilən narkotikin istehsalı, istifadəsi, daşınması və ticarətini, ixracını və idxalını qadağan edib. Qadağaya həmçinin tərkibində narkotik və spirt olan həblər də daxildir. yni zamanda, Əfqanıstanda narkotik istehsalı ilə məşğul olan bütün müəssisələrin işi qadağandır, qadağanı pozanlar şəriət qanunlarına görə cəzalandırılır. Qadağanın bütün əfqanlar üçün məcburi olduğu vurğulanır.

Taliban rəhbərliyinin bəyanatında deyilir: “İndi bütün əfqanlar xaşxaş becərilməsi ilə bağlı ən sərt qadağa barədə məlumatlandırılıblar. Təlimatları pozanlar şəriət qanunu əsasında mühakimə olunacaq və tapılan bütün məhsullar dərhal məhv ediləcək”.

Qeyd edək ki, əfqan kəndliləri uzun illərdir ki, tiryək becərirlər, bəzi əyalətlərdə bu, ailə biznesidir və yeganə gəlir mənbəyidir. Bir sifarişlə plantasiyaları məhv etmək mümkün olmayacaq, yenə də xaşxaş istehsal olunacaq və narkotik ticarəti dayanmayacaq, sadəcə olaraq bu iş gizlin gedəcək.

Tətbiq olunan qadağa daha çox ictimaiyyət üçün bir oyundur, Taliban göstərmək istəyir ki, qanunun aliliyinə hörmət edir və bütün ittihamları özündən uzaqlaşdırmaq və hərəkatın tanınmasın çalışır. Vəziyyətin bundan sonra necə inkişaf edəcəyini və bunun nə ilə nəticələnəcəyini zaman göstərəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin