Almaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

Almaniya tərəfdaşları ilə Rusiyaya qarşı iqtisadi sanksiyaların gücləndirilməsini müzakirə edəcək.

Haqlı.az xəbər verir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner məlumat verib.

Siyasətçi Ukraynanın Buça şəhərində Rusiya hərbçiləri tərəfindən törədildiyi iddia edilən qırğınlarla bağlı açıqlamalarına da münasibət bildirib. O, şəhərdən çəkilmiş fotoşəkilləri dözülməz adlandırıb və Moskvanı Kiyevə qarşı cinayət əməllərində ittiham edib: “Bazar ertəsindən etibarən tərəfdaşlarımızla birlikdə Putinə qarşı sanksiyaların necə sərtləşdirilə biləcəyini müzakirə edəcəyik”.

Rusiya Müdafiə Nazirliyi isə Buçadan çəkilmiş foto və video materialları Kiyev rejimi tərəfindən hazırlanmış təxribat adlandırıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin