Britaniyalı səfir: “Ukraynada qadınlar öz övladlarının gözü qarşısında təcavüzə məruz qalır”

“Zorlanma hadisələri Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi hərbi əməliyyatların bir hissəsinə çevrilib”.

Haqlı.az xəbər verir ki, Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons bu barədə öz “Twitter” səhifəsində yazıb.

Britaniyalı diplomat öz sosial şəbəkə hesabında Rusiya hərbçilərinin Kiyev vilayətində törətdiyi cinayətlərə toxunaraq qeyd edib:

“Zorlama – müharibə silahıdır. Biz hələ onun Ukraynada istifadəsinin tam həcmini bilməsək də, onun Rusiya arsenalının bir hissəsi olduğu artıq aydındır. Qadınlar öz övladlarının, qız uşaqları isə ailələrinin gözü qarşısında təcavüzə məruz qalırlar. Zorlama müharibə cinayətidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin