Odessa şəhəri bombardmana məruz qalıb

Ukraynanın Odessa şəhəri Rusiyanın hərbi hava qüvvələrinin hücumuna məruz qalıb, şəhərdə yanğınlar başlayıb.

Haqlı.az-ın xəbərinə görə, Odessa şəhərinin meriyası tərəfindən verilən məlumatda qeyd olunur ki, hava hücumlarından sonra şəhərdə güclü partlayış səsləri eşidilib, bəzi ərazilərdə yanğınlar qeydə alınıb.

Raketlərin bir hissəsinin hava hücumundan müdafiə vasitələri ilə vurulduğu bildirilir.

Şəhər sakinlərinə təşvişə düşməmək və aidiyyəti qurumların işinə müdaxilə etməmək tövsiyə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin