İmran Xan ABŞ-ı “hökuməti devirməkdə” İTTİHAM ETDİ

“Məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq-aşkar müdaxiləsidir”.

Haqlı.az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan xarici mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib.

İ.Xan qeyd edib ki, martın 8-də onların Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə səfirə “təhdid məktubu” verilib:

“İmran Xan getsə, Pakistan bağışlanacaq, əks halda bunun nəticələri olacaq”.

Baş nazir ABŞ rəsmiləri onu Rusiyaya səfərinə görə ittiham etdiyini, lakin o, bu qərarı Xarici İşlər Nazirliyi, ordu və yüksək səviyyəli qurumlarla məsləhətləşərək qəbul etdiyini bildirib.

Rusiya səfərinin əhəmiyyətli olduğunu bildirən Xan, qaz təchizatı, buğda və kiber təhlükəsizliklə bağlı texnologiyaya ehtiyacı olduqlarını qeyd edib.

İmran Xan Pakistanın ABŞ-ın Əfqanıstandakı terrorla mübarizəsinə qatılaraq səhv etdiyini və bu müharibə zamanı 80 min vətəndaşın öldüyünü xatırladıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin