Rusiya Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini qəbul edib – RƏSMİ

“Rusiya şifahi olaraq İstanbulda Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini Krım məsələsi istisna olmaqla qəbul edib”.

Haqlı.az xəbər verir ki, bu barədə Rusiya tərəfi ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya danışıb.

Eyni zamanda, D.Araxamiyanın sözlərinə görə, Rusiya tərəfi sənədlərin qaralamalarının prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib hazırlandığını təsdiqləyib.

O, vurğulayıb ki, böyük ehtimalla sözügedən görüş İstanbulda keçiriləcək.

“Hazırda qrupların qarşısında sənədin deyil, artıq müzakirə olunan məsələlərin final mərhələsini hazırlamaq və prezidentlərin mümkün görüşlərini hazırlamaq dayanır”, – deyə o qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin