Kamo Koçunts müvəqqəti olaraq Ermənistan Baş Qərargahının rəhbəri vəzifəsini icra edəcək.
Haqlı.az-ın xəbərinə görə, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Xatırladaq ki, keçmiş Baş qərargah rəisi Artak Davtyan fevralın 24-də vəzifəsindən azad edilib.
O, istifadəyə yararsız təyyarə raketlərinin alınması işi üzrə təqsirləndirilən şəxsdir.