Lukaşenko Zelenskiyə zəmanət verib

“Belarus-Ukrayna sərhədində keçiriləcək danışıqlara Ukraynanın nəyi qəbul edəcəyi perspektivindən yanaşmayın”.

Haqlı.az-ın xəbərinə görə bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

D. Kuleba deyib ki, Ukrayna nümayəndə heyəti göndərməyə razılaşıb: “Ancaq nümayəndə heyəti ölkəmizə raketlər atılan Qomelə getməyəcək, biz sərhəddə görüşəcəyik. Biz bu danışıqlara Rusiyanın demək istədiklərini dinləmək və bu müharibə ilə bağlı nə düşündüyümüzü deməyə gedirik”.

Xarici işlər naziri bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında onu əmin edib ki, Belarus hərbi qüvvələri Ukraynaya qarşı istifadə edilməyəcək: “Bu, nailiyyətdir. İnanırıq ki, Lukaşenko sözünün üstündə duracaq. Biz təslim olmamışıq, olmayacağıq. Kapitulyasiyaya getməyəcəyik, torpağımızın bir qarışını da verməyəcəyik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin