Rusiya MN: Danışıqlar barədə bəyanatdan sonra döyüş əməliyyatları dayandırılıb

“Kiyev rejiminin danışıqlara hazır olduqları barədə dünənki bəyanatlarından sonra rus bölmələri əməliyyatın əsas istiqamətlərində aktiv döyüş əməliyyatlarını dayandırıb”.

Haqlı.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

“Dünən Kiyev rejimi danışıqlara hazır olduğunu bəyan etdikdən sonra əməliyyatın əsas istiqamətləri üzrə aktiv döyüş əməliyyatları dayandırılıb”-deyə Rusiya MN sözçüsü vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin