ABŞ Ukraynada bioloji laboratoriyalara sahib olduğunu inkar edir

ABŞ Ukraynada bioloji laboratoriyalara sahib deyil və ya onları idarə etmir.

Haqlı.az xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“ABŞ səlahiyyətliləri Ukraynada bioloji laboratoriyalara sahib deyil və ya onları idarə etmir” deyə Prays qeyd edib.

O, həmçinin Ukraynanın Bioloji Silahlar Konvensiyasına tam əməl etdiyini deyib.

Praysın sözlərinə görə, Ukraynada ABŞ-ın sifarişi ilə yaradılmış bioloji laboratoriyaların işi ilə bağlı xəbərlər dezinformasiyadır.

“Biz bu dezinformasiyanın xəbəri olmayan və ya başqa gündəmi olanlar tərəfindən təkrarlanmaması üçün mümkün olan hər şeyi etmək istəyirik”, – Dövlət Departamentinin sözçüsü bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin